XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 19:56

Ucuz simsiz internet texnologiyasıyaradıldı -Yenilik

google

“Google” şirkətinin sahibi “Alphabet” holdinqi 1 Qbit/saniyəyədək sürəti təmin edən və kabel qoşulmasından ucuz olan simsiz məlumat ötürmə texnologiyası yaratdığını açıqlayıb.

AZƏRTAC “NEWSru” saytına istinadən xəbər verir ki, "Alphabet”in icraçı direktoru Erik Şmidt səhmdarların illik iclasında yeni texnologiyanın bəzi xüsusiyyətləri barədə danışıb. Onun sözlərinə görə, texnologiya daha təkmil mikroprosessorlardan və siqnal yönəltmədən istifadə edir ki, bu da yüksək sürətə nail olmağa imkan verir. Bununla yanaşı, yeni istifadəçilərin həmin texnologiyaya qoşulması “Google Fiber” optik-lif kabeli vasitəsilə qoşulmadan daha ucuz başa gəlir və kabelin çəkilməsi üçün yerin qazılmasına ehtiyac qalmır.

“Alphabet” 2017-ci ildə Kanzas-Sitidə ilk simsiz şəbəkəni qurmağı planlaşdırır. İcraçı direktor, həmçinin vurğulayıb ki, şirkət bir neçə simsiz texnologiyanı sınaqdan keçirir və onların siqnalının qəbulu üçün istifadəçilər evlərində xüsusi qurğular (söhbətin qeyri-standart Wi-Fi qəbuledicilərindən getdiyi ehtimal olunur) quraşdırmalı olacaqlar.