Neft qiymətində yenə də mənfi tendensiya qeydə alınıb.
Strateq.az xarici nəşrə əsasən xəbər verir ki, "Brent" markalı xam neftin qiyməti enib. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti ucuzlaşaraq 51.85 dollarda qərarlaşıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 1 dollar azalaraq 50.59 dollar olub. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0.89 dollar bahalaşaraq 52.37 dollar təşkil edib.