XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 12:51

Ölkəyə 140 min tona yaxın saqqız gətirilib:Gömrüyun "saqqız"ını necə oğurlayırlar?

saqqiz

Yəqin saqqız alarkən, qiymətinə gözucu da baxmırsınız. Bəlkə də düz edirsiniz, onun ki qiyməti qalxmayıb, amma… Məsələ burasındadır ki, ölkəyə gətirilən bu çeşid mallar gömrükdə, orta hesabla, 3,5 dəfə bahalaşıb. Dolların məzənnəsi də nəzərə alınsa, qiymət bir qədər də yüksəlməli idi.

 

«Topdansatış şirkətləri tez-tez dəyişir»

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, ilin 1-ci rübündə Rusiya, Türkiyə və Çindən Azərbaycana 139 ton 490 kiloqram şəkərli və şəkərsiz saqqız gətirilib. Saqqızın 1 kiloqramı gömrükdə 4 dollar 88 sentə rəsmiləşdirilib, vergi və rüsumlar da bu hesabla alınıb. Halbuki, bir il öncə elə həmin gömrükçülər saqqızı 1,39 kq/dollara rəsmiləşdirirdilər. Fərqə baxın: 3,5 dəfə!..

Bakıda pərakəndə satışla məşğul olan və işinə zərər dəyməsin deyə soyadını açıqlamayan Məmmədin sözlərinə görə, saqqızın topdansatışını gerçəkləşdirən şirkətlər vaxtaşırı dəyişir. İndi bu işlə, əsasən, «Aztrade» (Dirol), «Nur» (Orbit, Mentoplus, Juicy fruit), «Araz Rəng LTD» (Kent) şirkətləri məşğul olur.

«Manatın devalvasiyasından sonra «Dirol»un topdansatış qiyməti 33-dən 35 qəpiyə qaldırıldı. Bizsə elə əvvəlkitək 40 qəpikdən satırıq. «Orbit»sə 34-dən 44-ə qalxdığından pərakəndə satışda da 50 qəpiyə təklif olunur» -deyə alış-verişin zəifləməsindən gileylənən Məmməd belə deyir.

Adama ildə 3 qutu saqqız çeynənir?

Saqqız alverinin sərfəli olduğunu, əvvəlki illərdə idxalçıların bundan yaxşı pul qazandıqlarını düşünənlər yanılmazlar. Gömrüyün builki planının artırılması onların da gəlirlərinə mənfi təsir göstərib.

Rəsmi məlumata görə, ötən il Azərbaycana bəyanetmə qiyməti 1 milyon 354,7 min dollar olan 1164 ton saqqız gətirilib. Bu hesabla Azərbaycanda adambaşı ilboyu 3 qutu saqqız çeynənir. Son 3 ildə ölkədə saqqız istehlakı 32 faiz və ya 546 ton azalıb. Mütəxəssislərin fikrincə, azalmaya səbəb saqqızın faydalı özəllikləriylə yanaşı, orqanizmə zərərinə dair yayılan məlumatlardır.

Azadlıq radiosu