2016-cı ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 683 milyon 536,5 min manat vəsait daxil olub.
Bu barədə Vergilər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, bununla da proqnoz tapşırığına 103,2 faiz əməl edilib.
Nazirliyin mətbuat xidməti bildirib ki, hesabat dövründə 44 min 961 vergi ödəyicisi qeydiyyata alınıb.