XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2015 - 06:07

Sabiq deputat İranda şirkət açır

Sabiq deputat Nazim Məmmədov İranda şirkət açır

Keçmiş deputat və iş adamı Nazim Məmmədov İranda şirkət açır. Bu barədə musavat.com-a N.Məmmədov özü bildirib. O qeyd edib ki, İran, Azərbaycan, Rusiyadan iş adamları niyyət protokolu imzalayıblar. Bu, İranın Bonab şəhərində “Javid Steel Bonab” dəmir istehsal zavodu ilə bağlıdır.

Tədbirdə Rusiyanın ən məşhur biznes adamlarından Zaxarov Vyaçeslav İvanoviç də iştirak edib. “Voronejselmaş” zavodunun sahiblərindən olan Zaxarov İrana istehsal sahəsi yaratmaq üçün gedib.
Bir istehsalımız işə salınıb, 2 ildən çoxdur. Rusiya-İran əlaqələrini möhkəmləndiririk. çox təəssüf olsun ki, Azərbaycanda monopoliya olduğundan, həm biz, həm də xaricilər investisiya yatırmağa risk etmirik. çünkü günlərin bir günü “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov və ya ona oxşar birisi “qoçu dəstəsi” vasitəsi ilə istehsalımızı dayandıra bilər və dövlət onlara heç nə edə bilməz”,- deyə o, vurğulayıb.
N.Məmmədov qeyd edib ki, İranda qurduqları işin normal olacağına əmindir: “2012-ci ilin iyul ayında misli görünməmiş reyder hücumları ölkəni sarsıtsa da, hələ ki, məhkəmə orqanları Rasim Məmmədovun arxasında duran adamların qorxusundan heç nə etmək istəmirlər. ümid edirəm bu hadisələrin 3 illiyinə qədər sahibkarlığa siyasi, maddi, mənəvi dəstək olan cənab prezident İlham Əliyev bu işin arxasında durub Azərbaycanın biznes mühitinə ciddi zərbə vuranları cəzalandıracaq”.