XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 20:54

Mərkəzi Bankın iş qrafiki dəyişdi, qeyri-iş günləri də iş olacaq –Səbəb

merkezi bank

Azərbaycan Mərkəzi Bankının iş qrafiki uzadılıb və qeyri-iş günləri də daxil olmaqla banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub. 

Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, iş qrafikinin uzadılması Bakı şəhərində Formula 1 üzrə Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçündür.

Eyni zamanda, xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə xüsusi broşürlər Bakı şəhərinin otellərində yerləşdirilib.