XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 13:06

Rəşt-Astara dəmir yolu:500 milyon dollarlıq kredit ayrılır

İran və Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolu sahəsinin tikintisi üçün 500 milyon dollar həcmində kreditin ayrılması üzrə razılığa gəliblər.

Bunu Trend-ə İranın yol və şəhər tikintisi nazirinin müavini Əli Nurzad bildirib. Onun sözlərinə görə, hazırda tərəflər kreditin əlavə şərtlərini müzakirə edirlər.

Rəşt-Astara dəmir yolu sahəsinin tikintisinin dəyəri təqribən 1,1 milyard dollar təşkil edir. İran bunun yarısını Azərbaycan Beynəlxalq Bankının krediti hesabına cəlb edir.

Nazir müavini İranın qalan vəsaiti hansı mənbədən əldə etməyi planlaşdırdığını dəqiqləşdirməyib.