XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 08:16

Neft yenidən ucuzlaşdı:48 dollara düşdü

neft cin

ABŞ dolların güclənməsilə əlaqədar olaraq neft ucuzlaşıb.

Bakı vaxtı ilə saat 08:50-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 1% ucuzlaşaraq barreli 48.57 dollara, Brent nefti 0,8% ucuzlaşaraq bareli 50,10 dollara düşüb. Qeyd edək ki, İyunun 8-də Brent neftinin barrelinin qiyməti 52,51 dollara qədər yüksəlmişdi.

Dünya neftinin 90%-i dollar ilə alınıb satılır. Neftin ucuzlaşmasının digər bir səbəbi ABŞ-da neft hasilatının azalmasının dayanması və Kanadada yanğından sonra hasilatın bərpa ediləcəyidir.