XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 08:45

Azərbaycanlıların Rusiyadan evə göndərdikləri pulunməbləği açıqlandı

pul kocurme

2016-cı ilin I rübündə Rusiyadan Azərbaycana pul köçürmələrinin orta məbləğ həcmi 330 dollardan bir qədər yuxarı olub.

Bu barədə Rusiya Mərkəzi Bankının transsərhəd köçürmələrin həcminə dair yeni hesabatında bildirilir.

Məlumata görə, Azərbaycan orta məbləğ həcminin böyüklüyünə görə MDB ölkələri arasında birinci yerdə qərarlaşıb. MDB-də ən çox pul göndərilən ölkə isə Ukraynadır – 135 milyon dollar.

Hesabata görə, Rusiya sakinləri bu il xaricə daha çox pul göndərməyə başlayıblar. Birinci rübdə onlar xaricə 6,4 milyard dollar pul köçürmə ediblər. Bu göstərici ötən ilin analoji dövründə 5,8 mlrd. dollar təşkil edib. Artım 9 faizə bərabərdir.