XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 11:21

Azərbaycanda dollara tələbat 5 dəfə azalıb –Mərkəzi Bank

merkezi bank

2016-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 1,19 milyard dollar nağd pul alınıb ki, bu da 2015-ci ilin dörd ayı (6,5 milyard dollar) ilə müqayisədə 5,4 dəfə azdır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

Hesabat dövründə ölkədə 191,5 milyon avro, 12,5 milyon funt-sterlinq və 716,2 milyon rubl alınıb. 2015-ci ilin dörd ayı ilə müqayisədə avroya tələbat 2,3 dəfə (430,7 milyon avro), funt-sterlinqə təqribən iki dəfə (23,4 milyon funt-sterlinq), rubla isə 28,4 faiz (bir milyard rubl) azalıb.

Həmçinin bu ilin dörd ayında 117,78 milyon avro satılıb. Bu rəqəm ötən ilin eyni dövründə 128 milyon avro təşkil edib. Hesabat dövründə 1,7 milyon funt-sterlinq və 2,96 milyard rubl satılıb. Hər iki göstərici ötən ilin eyni dövündə müvafiq olaraq 954,5 min funt-sterlinq və 2,48 milyard rubl təşkil edib.

Trend