XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 16:05

Mərkəzi Bank 129 milyon manat cəlb edib –Depozit hərracında

merkezi_bank_0001.jpg

Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınıb.

Mərkəzi Bankdan verilən məlumata görə, depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə də yönəlib. Bu gün keçirilən hərracın nəticələrinə görə cəlb edilmiş depozitlərin həcmi 129 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 6,49 % təşkil edib.

"Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcəkdir və pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcəkdir", – deyə məlumatda bildirilir.