XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 08:56

Doqquz il ərzində “Şahdəniz”dən 2 milyard yarım dollarpul qazanmışıq – Rəqəmlər

neft

 

2016-cı ilin yanvar-mayında “Şahdəniz” yatağından mənfəət kondensat və qazı satışından Neft Fonduna mədaxil $64 mln təşkil edib.

ARDNF-də qeyd ediblər ki, 2007-ci ildən 1 iyun 2016-cı ilə kimi  “Şahdəniz” layihəsi çərçivəsində gəlirlər $2 mlrd 506 mln olub.

Hər rübün əvvəlində ARDNF-nin qaz layihəsindən gəlirlərinin azlığı onunla izah edilir ki, konsorsium öz maliyyə göztəricilərini (gəlirlər, xərclər, mənfəətin bölgüsü) detallandırmaq imkanı əldə edir. Bu göstıəricilər əsasında Azərbaycan tərəfinə mənfəət ödənişi korrektə edilir.  (Turan)

Qeyd edilir ki, 2015-ci ildə ARDNF-nin bu layihədən gəlirləri $323 mln, 2014-cü ildə $523 mln olub. 2016-2018-ci illərdə Azərbaycanın  bu layihədən gəlirləri daha az proqnozlaşdırılır. Çünki “Şahdəniz-2” çərçivəsində xərclər çox olacaq. Bu, bir tərəfdən pisdirsə (3 ildə qaz gəlirləri minimum olacaq), digər tərəfdən “Şahdəniz-1”dən gəlirlərlə “Şahdəniz-2” çərçivəsində xərclərin bir hissəsi ödənilir.

“Şahdəniz” yatağı üzrə saziş 4 iyun 1996-cı ildə imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator, 28,8%), Petronas (15,5%), SOCAR (16,7%), «ЛУКОЙЛ» (10%), NICO (10%), TPAO (19%).