2016-cı ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 3 milyon 161,7 min ton xam neft hasil edib.
"Marja" SOCAR-a istinadən xəbər verir ki, xam neft hasilatı ötən ilin müvafiq dövründən 8,7% az olub.
Beş ay ərzində hasil olunan xam neftin 639 min bareli may ayının payına düşüb ki, bu da ötən ilin mayından 9,6% azdır.
Qeyd edək ki, Azərbaycan üzrə neft hasilatı həmin dövrdə 17 milyon 544,2 min ton təşkil edib.