XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 11:07

Azərbaycanda GMO məhsulları qadağanolunur

gmo

Azərbaycanda geni dəyişdirilmiş bütün bitki və bitki materiallarının istifadəsi qadağan edilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Toxumçuluq haqqında”qanuna əlavə təklif edilir.

Qanunun 26-cı maddəsinə edilən təklif edilən əlavəyə görə, toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.

Qanunun pozulması İnzibati Xətalar və Cinayət məcəllələri ilə məsuliyyət yaradacaq.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.