Dünya bazarlarında neftin ucuzlaşması davam edir.
“Marja” xəbər verir ki, Bakı vaxtı ilə 07:00-da Brent nefti 2,7% ucuzlaşma ilə 48,90 dollardan, ABŞ xam nefti isə 2,4% ucuzlaşma ilə 47,60 dollardan alıcı tapıb.
Qeyd edək ki, bu gün ABŞ Mərkəzi Bankı FED-in faiz qərarını açıqlayacağı gözlənilir. İqtisadçılar FED-in faiz artırmamaq barədə qərar verəcəyini gözləyirlər.
Qeyd edək ki, aprelin 8-də Brent neftinin barelinin qiyməti 52,50 dollara qədər yüksəlmişdi. Bu səviyyə ilə müqayisədə neft 7% ucuzlaşıb.