XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 08:35

ABŞ Mərkəzi Bankı bu gün dollarla bağlı qərarınıelan edəcək

dollar

ABŞ Mərkəzi Bankının dünən başlamış iclası bu gün başa çatır.

"Marja" xəbər verir ki, iclasın yaratdığı qeyri-müəyyənlik qlobal bazarlara təsir edir. Olduqca pis çıxan may ayı məşğulluq göstəricisindən sonra ABŞ Mərkəz Bankının faizlərdə bu ay dəyişikliyə getməyəcəyi gözlənilir.

FED faiz qərarını Bakı vaxtı ilə 22:00-da açıqlayacaq. Bankın faizləri 0.25-0,50% aralığında saxlayacağı gözlənilir. Saat 22:30-da Mərkəzi Bankın sədri Canet Yellen mətbuat konfransı keçirəcək. Bankın faiz qərarı və Yellenin açıqlamaları dollar və qlobal bazarlara təsir göstərəcək.

ABŞ Mərkəzi Bankının bu il faizləri artırmaqda davam edəcəyi gözlənilir. Borclanma faizləri yüksələcəyindən dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcək və eyni zamanda investisiyalar ABŞ dollarına axacaq. Bunların da dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir.