XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 08:10

Ölkədə sənaye istehsalı azalır- Rəqəmlər

avtozavod

Bu ilin beş ayında Azərbaycanda 12,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 % azdır, deyə Dövlət Statistika Komitəsi bildirir.

Deyilən dövrdə neft hasilatı 0,7 %, qaz hasilatı 9,9 %, elektrik enerjisi istehsalı 6,8 %, habelə bir sıra emal sənayesi məhsullarının istehsalı xeyli azalıb. (Turan)

Hesabat dövründə mədənçıxarma sektorunda sənaye məhsulunun 64,5 %-i, emal sektorunda 28,6 %-i, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 6,1 %-i və s istehsal olunub.

DSK-nın hesablamasına görə, yanvar-mayda dəri məmulatlarının, ayaqqabıların istehsalı 73,6 %, kağız və karton istehsalı 6,0 %, poliqrafiya məhsullarının istehsalı 7,5 %, kimya sənayesi məhsullarının istehsalı 18,8 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,6 %, tikinti materiallarının istehsalı 26,2 %, metallurgiya məhsullarının istehsalı 9,4 %, maşın və avadanlıqların istehsalı 29,3 %, mebel istehsalı isə 8,3 % azalıb.

Hökumət iddia edir ki, iqtisadiyyat, o cümlədən sənaye istehsalı şaxələndirilib. Amma rəsmi statistik məlumatlar bu fikri təsdiq etmir.