XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 08:24

ABŞ Mərkəzi Bankının sədri:“Neft bahalaşarsa, inflyasiya yüksələcək”

canet

"Pul siyasətində ehtiyatlı yanaşma məqsədəuyğundur. Fed hələ də mərhələli faiz artımları gözləyir".

Strtaeq.az “Marja”ya istinadən bildirir ki, bu sözləri ABŞ Mərkəzi Bankının sədri (Fed) Canet Yellen faiz qərarının sonra keçirilən mətbuat konfransında deyib.

Yellenin sözlərinə görə, son iqtisadi göstəricilər qarışıq siqnallar verir: “Siyasətimiz əvvəlcədən müəyyən edilmiş istiqamətdə getmir. Pul siyasətində ehtiyatlı yanaşma məqsədəuyğundur. Fed hələ də mərhələli faiz artımları gözləyir. Faizlərin dəyişdirilməməsi barədə qərar komitənin ehtiyatlı münasibətini əks etdirir. Faizlər bir müddət aşağı qalmaqda davam edəcək”.

Fed sədrinin fikirncə, məşğulluq bazarında yaxşılaşma sürəti yavaşlayıb. Mərkəzi Bank məşğulluq bazarının gələcək illərdə güclənməyə davam edəcəyini gözləyir: “Bir və ya iki ay pis çıxan məşğulluq bazarı göstəricilərinə çox da əhəmiyyət verilməməlidir. İnflyasiyanın iki-üç ildə 2 faiz səviyyəsinə yüksəlməsini gözləyirik".

Yellen qeyd edib ki, iqtisadi göstəricilər qarışıq mənzərə nümayiş etdirir və bu da pul siyasətində ehtiyatlı olmağın zəruriliyini göstərir: “Faizləri artırmaq siyasətində ehtiyatlı olmalıyıq. Yeni gələcək faktlar işığında nəyin uyğun olduğuna qərar verəcəyik".

İlk rübdəki zəif inkişafın müvəqqəti olacağını bildirən Yellen, iqtisadiyyatın mülayim artmaqda davam etdirəcəyinə inandıqlarını deyib.

Canet Yellen bazarda volatilliyin azalmasına baxmayaraq, hələ də qlobal iqtisadiyyatda zəifliklər olduğunu ifadə edib və iqtisadiyyat üzərində təzyiq yaradan təlatümlərin davam edəcəyi barədə xəbərdarlıq edib.

Yellen qeyd edib ki, inflyasiyanın aşağı qalmasının əsas səbəbləri neft qiymətlərinin aşağı düşməsi və dolların güclənməsidir. Bu iki faktorda dəyişiklik olarsa, (neft bahalaşarsa, dollar zəifləyərsə) inflyasiya yüksələcək.