XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 10:25

Əsas kapitala 5 milyarddan çoxvəsait yönəldilib

statistika-komitesi-

2016-cı ilin yanvar-may aylarında əsas kapitala 5 milyard 388,8 milyon manat məbləğində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, istifadə olunmuş vəsaitin 4 milyard 591,1 milyon manatı və ya 85,2 faizi məhsul istehsalı obyektlərinin, 601,5 milyon manatı (11,2 faizi) xidmət sahələri üzrə obyektlərin, 196,2 milyon manatı (3,6 faizi) isə ümumi sahəsi 554,5 min kvadratmetr olan yaşayış sahəsinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 933,7 milyon manatını və ya 35,9 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 725,8 milyon manatı və ya 69,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.