XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 10:50

“Azercell” 4 G şəbəkəsinin əhatədairəsini genişləndirir

“Azercell Telekom” sürətli mobil internetə olan tələbatı nəzərə alaraq, 4G şəbəkəsini intensiv şəkildə inkişaf etdirir. Şirkət təkcə 2016-cı ilin ötən 5 ayı ərzində Bakıda və Abşeron yarımadasında 177 yeni LTE stansiyası quraşdırıb. İyunun sonlarına isə stansiyaların sayının 220-yə çatdırılması planlaşdırılır.

Şirkətdən bildirilib ki, hazırda həmin ərazidə 4G stansiyalarının sayı 480-ə çatdırılıb. Bununla da sürətli mobil internetə ən çox tələbat olan Bakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi 79 faizə çatıb və abunəçilər 100 Mb/s qədər sürətli internetdən istifadə edə bilərlər.

Yaxın zamanda bölgələrdə də 4G şəbəkəsini genişləndirmək niyyətində olan “AzerceII” sürətli mobil interneti hamı üçün əlçatan etmək məqsədilə digər vacib tədbirlər də həyata keçirib.