XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 08:01

Xarici ticarət otuz bir faiz azalıb:Kəsir 281 milyon dollara çatıb – Gömrük Komitəsi

gomruk

2016-cı ilin 5 ayında Azərbaycanda təsərrüfat subyektlərinin xarici ticarət əməliyyatlarının həcmi 6 381 408.81 min ABŞ dolları olub.

“Bu, ötən ilin eyni dövründəkindən 31.78 % azdır”,- deyə Dövlət Gömrük Komitəsində Turan-a bildiriblər.

İxrac əməliyyatları azaldığı üçün xarici ticarət balansında $281,4 mln həcmində mənfi saldo yaranıb. Təkcə may ayında idxal ($737,3 mln) ixracdan $137,2 mln çox olub.

Beş ayda $3 mlrd 50 mln məbləğində mal ixrac edilib. Bu, ötən ilin eyni dövründəkindən 42,2% azdır. $3 mlrd 331,4 mln məəbləğində mal idxal edilib. Bu, 2015-ci ilin eyni dövründəkindən 18,2% azdır.

İxracatda neft-qaz sektorunun payı 84,7% olub. Turan-ın hesablamasına görə, qeyri-neft-qaz məhsulları ixracı ($464,4 mln) 5 ayda $276,8 mln azalıb.    

Xatırladaq ki, 2015-ci ilin yanvar-mayında xarici ticarət əməliyyatlarının həcmi 28% azalıb.