02 Avqust 2016-cı il tarixində “Bank of Baku” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcək.
“Marja” xəbər verir ki, bankın rəsmi qəzetlərdən birində dərc etdirmiş elanda iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verilməyib.
“İclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib”,- elanda deyilir.
İclas bankın Atatürk prospektində yerləşən baş idarəsində keçiriləcək.