XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 09:45

Manat ucuzlaşdı, dollarbahalaşdı

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5210 manat təşkil edib.
Avro da manata qarşı möhkəmlənib. Avrozonanın vahid valyutası manata nisbətən 1,4% bahalaşaraq 1,7307 manata çatıb. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 1,7% möhkəmlənərək 0,0235 manat olub.

Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,9% güclənərək 0,5230 manata çatıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2191 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 2,6%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisi isə 0,1% ucuzlaşaraq 0,6987 manata çatıb.