XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 10:03

Azərbaycan “Russneft”in səhmlərini almaqistəyir

qutseriyev

"Russneft" Moskva birjasında keçirəcəyi IPO-ya səhmlərinin 10%-ni çıxaracaq”.

Bu barədə şirkətin sahibi, milyarder Mixail Qutseriyev deyib.

O sözügedən səhm paketini 400-500 mln. dollar məbləğində dəyərləndirib. "Əgər bazar bunu təsdiq edərsə, Qutseriyevlər ailəsi "Russneft"in bazasında aktivlərinin konsolidasiyasına başlayacaq", – deyə milyarder qeyd edib. (APA)

Qutseriyevlər "Russneft"lə yanaşı, "Neftisa", "Forte Invest" və "Global Energy" şirkətlərinə sahibdir.

"Əvvəl biz bütün aktivlərimizi konsolidə etmək və məhz bundan sonra IPO keçirmək istədik. Lakin daha sonra biz bazarın dadına baxmaq istədik və düşünürəm ki, bu, daha düzgün qərardır. "Russneft" ehtiyatları hazırda 540 milyon ton təşkil edir. Bu il hasilatımız 8 milyon ton səviyyəsində olacaq. Şirkət bu ehtiyatların və hasilatın dəyərini anlamaq istədi. Bizim ümumi ehtiyatlarımız 850 milyon ton, hasilatımız isə 17 milyon ton təşkil edir", – deyə M. Qutseriyev bildirib.

Onun sözlərinə görə, hazırda şirkətin ümumi dəyəri 10 mlrd. dollardır: "Şirkət hətta neftin hazırkı qiymətləri ilə effektiv olacaq. Mənim proqnozuma görə, yaxın perspektivdə neftin 1 barelinin dəyəri 50-60 dollar olacaq. IPO öncəsi "Russneft"in menecmenti şirkətə əl gəzdirib. Xüsusilə, onu qeyd etmək istərdim ki, şirkətin borcu 1,3 milyard dollaradək azalıb".

M. Qutseriyev bildirib ki, IPO-ya Qərb bankları və Qazaxıstan, Azərbaycan, Belorusdan olan şirkətlər maraq göstərir.