XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2015 - 12:27

Gömrükdə islahatlara hazırlıq: İş adamlarının təklifləri öyrənilir

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə növbəti görüş keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, DGK-nın sədri Aydın Əliyev iş adamları ilə ənənəvi görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edərək, bu ənənənin təməlinin mərhum prezident Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

A. Əliyev Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı nəticəsində ölkəmizin regionda və bütün dünyada əhəmiyyətinin önəmli dərəcədə artmasından bəhs edərək bunda da özəl sektorun böyük rol oynadığını vurğulayıb.

Aydın Əliyev

ötən görüşdən keçən müddət ərzində ölkədə baş verən iqtisadi proseslər, idxal ixrac əməliyyatlarının vəziyyəti barədə məlumat verən A. Əliyev görüşün məqsədinin bu sahədə sahibkarların fikirlərini öyrənmək, onları düşündürən məsələləri və yeni təklifləri dəyərləndirmək olduğunu bildirib.

Komitə sədri sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə hər hansı problemin birgə həllində mühüm rol oynadığını qeyd edərək, eyni zamanda, sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.

Səfər Mehdiyev

Sonra görüşdə çıxış edən DGK sədrinin birinci müavini Səfər Mehdiyev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edildiyini, bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da rolunu yüksək dəyərləndirib. S. Mehdiyev son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən ətraflı bəhs edib, o cümlədən idxal-ixrac əməliyyatları zamanı yarana biləcək hər hansı problemin qısa zaman kəsiyində həll edilməsi, bu istiqamətdə sahibkarlar tərəfindən irəli sürüləcək maraqlı təkliflərin dəyərləndirilərək ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Görüşdə çıxış edən sahibkarlar ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində öhdələrinə düşən bütün vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər və müəyyən təkliflərlə çıxış ediblər.

Sonra iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.