XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 23:55

Azərbaycanda daha bir bank manatla kredit verir –Fantastik faizlə...

bank

"TBC Kredit" bank olmayan kredit təşkilatı 15 000 manata qədər 36 ayadək manat kreditlərinin verilməsinə başlayıb.

Bu təşkilatda faiz dərəcələri, məbləğdən və kreditin müddətindən asılı olaraq dəyişir. İllik faiz dərəcələri isə 31-47% arasında dəyişir. 

Məsələn, əgər siz 5000 AZN məbləğində 1 illik kredit götürüsünüzsə, o zaman 41% ödəməli olacaqsınız. Yəni hər ay 516 AZN ödəməklə, ilin sonunda ödəcəyiniz kredit faizi 1287 manat təşkil edəcək.  Üstəlik, bu təşkilatda komissiya faizi isə 2% təşkil edir.

Məlumatda o da qeyd olunur ki, kredit xətti açmaq üçün iş yerinizdən arayışı və rəsmi əmək haqqı bərədə informasiyanı təqdim etməlisiniz. Həmçinin kredit tarixçəsi, götürmək istədiyini məbləğ və müddətdən asılı olaraq zamin tələb edilə bilər. 

Qeyd edək ki, faiz dərəcələri əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Əvvəllər "TBC Kredit"dən illik 26-27%-lə kredit götürmək mümkün idi.

Fins.az