XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 00:10

“İlk qaz həcmləri 2018-ci ildə Türkiyəyə çatdırılacaq” –Rövnəq Abdullayev malayziyalı həmkarını qəbul etdi (FOTO)

rovneq-qebu

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Malayziyanın “Petronas” neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Strateq.az SOCAR-a istinadən xəbər verir ki, qəbulda Rövnəq Abdullayev SOCAR və “Petronas” arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən söz açaraq, hər iki şirkətin birgə fəaliyyət göstərdiyi layihələrin uğurla həyata keçirildiyini, əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

SOCAR-da keçirdiyi əvvəlki görüşləri böyük məmnunluqla xatırlayan Datuk van Zulkiflee van Ariffin Azərbaycanda həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə iştirak etməkdən qürur duyduqlarını, bu layihələrin Malayziya və təmsil etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını deyibb.

“Petronas”ın “Şahdəniz-2” layihəsində uğurla fəaliiyət göstərdiyini qeyd edən malayziyalı qonaq SOCAR-la əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını nəzərə çatdırıb. O, Azərbaycanın qədim tarixə malik neft-qaz sənayesinin uğurlarını maraqla izlədiklərini söyləyərək, ölkədə əlverişli və təhlükəsiz investisiya mühitinin mövcudluğunu, enerji sahəsində əməkdaşlıq üçün yaradılmış geniş imkanları məmnunluq hissi ilə qeyd edib. 

Rövnəq Abdullayev SOCAR-ın həyata keçirdiyi layihələrdən danışıb. O, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlərin qrafikə uyğun davam etdirildiyini, layihənin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün tərəfdaşların vahid komanda şəklində fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

SOCAR prezidenti ümumilikdə Cənub Qaz Dəhlizi layihəsinin də uğurla irəlilədiyini, ilk qaz həcmlərinin 2018-ci ildə Türkiyəyə çatdırılmasının mümkün olacağına əminliyini vurğulayıb. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.