XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 18:58

Maliyyə Nazirliyindən 10 milyonluq hərrac –Bakı Fond Birjası nəticələri açıqladı

Maliyyə Nazirliyi MN

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, 364 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildiriblər ki, hərrac zamanı 11 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 36,437,000.00 AZN təşkil edib:.

Sifarişlər 80.0000 manat (25.1377 faiz) və 91.7800 manat (9.0055 faiz) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 91.3700 manat (9.4971 faiz) orta ölçülmüş qiyməti 91.3874 manat (9.4761 faiz) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyunun 22-də (t+1) həyata keçiriləcək. İstiqrazlar 2017-ci il iyunun 20-də ödəniləcək.

Bu gün, eyni zamanda, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin manat nominallı, 182 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracda 12 investor tərəfindən 22 sifariş təqdim olunub. S

ifarişlərin nominal üzrə ümumi məbləği 52,814,500.00 manat təşkil edib. Sifarişlər 91.8264 manat (17.9989 faiz) və 95.9400 manat (8.5571 faiz) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 95.9400 manat (8.5571 faiz) orta ölçülmüş qiyməti 95.9400 manat (8.5571 faiz) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyunun 22-də (t+1) həyata keçiriləcək. İstiqrazlar dekabrın 20-də ödəniləcək".

Azertac