ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellen Senatın Bank Komitəsinin üzvləri qarşısında ölkə iqtisadiyyatının mövcud durumundan danışıb.
"APA-Economics"in məlumatına görə, C.Yellen qeyd edib ki, qlobal risklər və məşğulluğun artım tempinin ləngiməsi uçot dərəcəsinin artırılmasına yanaşmanın daha ehtiyatlı olmasını zəruri edir.
"FED ABŞ iqtisadiyyatında artımın bərpa olmasını gözləyir", – deyə o bildirib.