XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 15:19

Azərbaycan “Cənub Qaz Dəhlizi”ndən50 milyardlıq mənfəətə iddialıdı

Azərbaycan “Cənub Qaz Dəhlizi” (SGC) layihəsinin icrasından 30-50 milyard ABŞ dolları həcmində mənfəət götürməyi nəzərdə tutur.

Azərtac xəbər verir ki, bu barədə “naturalgaseurope.com”a SOCAR-dan məlumat verilib. Şirkətdən bildirilib ki, ən pessimist proqnozlarla belə Azərbaycan qarşıdakı 25 il satış və alış müqavilələri müddətində bu layihədən 30 milyard dollar mənfəət əldə edəcək. Layihənin ümumi icra xərcləri 39,1 milyard dollar olacaq ki, bunun da 9 milyard dolları Azərbaycan tərəfindən qarşılanacaq.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və TAP qaz boru kəmərlərindən ibarətdir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropa ya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Azərbaycan “Cənub Qaz Dəhlizi”nin tərkib hissələrini təşkil edən “Şahdəniz” layihəsi və Cənubi Qafqaz Boru Kəmərində (CQBK) 16,7 faiz, TANAP-da 58 faiz, TAP-da isə 20 faiz paya sahibdir.