XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 15:39

“Azercell” yay mövsümündə vahidrouminq tariflərini təklif edir

“Azercell Telekom” yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün yenilik təqdim edir.

İyunun 21-dən avqustun 31-dək “Azercell”in abunəçiləri rouminq xidməti çərçivəsində Türkiyə, Avstriya, Belarus, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, Portuqaliya və İspaniyada vahid rouminq tariflərindən yararlana bilərlər.

Qeyd olunub ki, rouminqdə olan Azercell Fakturalı və Fakturasız xətt (SimSim) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. “Azercell”, həmçinin, fakturalı xətt abunəçilərinə rouminq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün “Azercell” abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rouminq xidmətlərini aktiv edə bilərlər.

Rouminq xidmətini aktiv etmək üçün isə mobil telefonlardan *135*1#YES kodunu yığmaq lazımdır.