XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 10:05

Mahmud Məmmədquliyev:“Bunun nə zaman bitəcəyini demək çətindir"

mahmud

Cenevrədə iyulun 12-23-də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması istiqamətində danışıqlar keçiriləcək.

Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini bildirib ki, işçi qrupunun görüşləri olacaq: "Həmçinin daxili kənd təsərrüfatının dəstəklənməsi ilə bağlı çoxtərəfli görüşlər olacaq. Ola bilsin ki, 3 və ya daha çox ikitərəfli danışıqlar olsun. Biz artıq Rusiya, Səudiyyə Ərəbistanı və Norveçdən təklif almışıq. Biz nə vaxtsa ÜTT-yə üzv olacağıq. Danışıqlar gedir. Amma bunun nə zaman bitəcəyini demək çətindir". (APA)