XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 10:44

Nəzarət Palatasının sədri:“İslahatların məqsədi qanunun aliliyinə nail olmaqdır"

rufet

"Enerji daşıyıcılarının qiymətinin əhəmiyyətli dərəcədə düşməsi Azərbaycan iqtisadiyyatına təsir edib. Bu, milli valyutaya əlavə təzyiqlərin artması və nəticədə qaçılmaz devalvasiya, əhalinin və biznesin, dövlətin  gəlirlərinin azalması ilə nəticələnib".

Bunu Bakıda keçirilən VII Beynəlxalq Sığorta Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, bu gün həyata keçirilən islahatlar əvvəlki dövrdə əldə olunan rifahın təmin olunmasına yönəlib: "Bütövlükdə iqtisadi islahatlar və dəyişikliklər 4 istiqaməti əhatə edir. Birincisi, dayanıqlı makroiqtisadi mühitin yaradılmasına üzərində çalışırıq. Həm Mərkəzi Bank, Maliyyə Nazirliyi, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə tandem formalaşdırıblar. Bu gün həm manatın məzənnəsi, həm inflyasiya və ümumilikdə makroiqtisadi göstəricilər iqtisadi vasitələrlə idarəolunan çərçivədədir. İkinci istiqamət biznesin tranzaksiya xərclərinin azaldılması ilə məqbul səviyyəyə çatdırılacaq işgüzar mühitin formalaşdırılmasıdır. Üçüncü istiqamət sərmayə və maliyyə xidmətlərinə genişi çıxışın təmin edilməsidir. Çünki stabil makroiqtisadi vəziyyət sərmayə və maliyyəyə çıxış olmadan işgüzar aktivliyi və rifahı təmin edə bilmir. Bu fəaliyyətimizdə hökumətin iqtisadi qanad ilə qarşılıqlı əməkdaşlıq həyata keçirməliyik. Dördüncü istiqamət isə çevik və effektiv hüquqi islahatın formalaşdırılmasıdır. Bu islahatların məqsədi qanunun aliliyi, bütövlükdə hüquq institutlarının effektiv fəaliyyətinə nail olunmasıdır".