XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 15:03

Sumqayıtda yeni istehsalat müəssisəsi tikiləcək- Nazirlikdən açıqlama

"Aqrokimya Azərbaycan" MMC Sumqayıt Kimya Sənaye Parkında Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan pestisidlərin – bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsulların istehsalını və satışını həyata keçirəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bununla əlaqədar olaraq, yaxın zamanlarda sənaye parkının 18 hektar ərazisində yeni yaradılacaq istehsal müəssisəsinin tikinti işlərinə başlanılması planlaşdırılır. Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir.

Layihə çərçivəsində parkın ərazisində ildə 57 min ton maye halında və 13 min ton toz halında pestisidlər istehsal edən müəssisə inşa ediləcək. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 100-dən artıq insanın işlə təmin olunması nəzərdə tutulur. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Qeyd edək ki, "Aqrokimya Azərbaycan" MMC bu ilin iyun ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb. Bu müəssisə Sumqayıt Kimya Sənaye Parkının sayca 8-ci rezidentidir.