XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 09:37

TANAP qaz kəmərini hansı şirkət tikəcək? – Tenderdə iştirak edən şirkətlər açıqlandı

TANAP qaz kəmərinin tikintisi üçün yaradılmış konsorsium 2015-ci ilin ikinci yarısında EPS (Engineering, Procurement, Construction and Installation) müqavilələri üzrə tender elan edəcək.

Bu barədə konsorsiumun məlumatında deyilir.

Bildirilir ki, tender boru kəmərinin dəniz hissəsinin layihələndirlməsimə, satınalma, tikinti, montaj edilməsi və fibro-optik kabelin çəkilməsi üzrə podratçıları seçmək üçün keçiriləcək.

İndi tenderdən əvvəl kvalifikasiya seçimi aparılıb, 6 şirkət və alyans tenderdə iştirak etmək üçün dəvət alıb. Bunlar “Micoperi S.r.l.”, “MRTS-Fernas Insaat AS Joint Venture”, “Saipem”, “Swiber Offshore Construction PTE LTD”, “TL Offshore Sdn.” (Sapura Kencana Petroleum Group Company) və “Valentine Maritime LTD Honeywell A.S.” şirkətləridir(ANS).