XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 09:34

Azərbaycan poladını hansı ölkə alır?Yerli metal sənayesi ixraca işləyir

polad

Bu ilin 5 ayında Azərbaycanda istehsal olunan qara metal və ondan hazırlanan məmumatın ixracı əvvəlki ilə nəzərən 14,4 dəfə artıb. Təhlil isə göstərir ki, yerli qara metallurgiya ilin əvvəlindən əsasən ixracata işləyir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, beş ayda Azərbaycandan xaricə 114,5 min ton qara metal və ondan hazırlanan məmulat göndərilib. Daha təfərrüatlı 3 aylıq ixrac göstəricilərindən isə məlum olur ki, Azərbaycandan əsasən polad yarımfabrikatı ixrac olunur və məhsulun alıcısı İrandır. (Turan)

Maraqlıdır ki, ixrac həcminin 14,4 dəfə artımı qarşılığında dəyər ifadəsilə qazanc ($39,2 mln.) cəmi dörd dəfə artıb. Bir ton qara metal 342,5 ABŞ dollarına ixrac olunub. Ötən il isə qara metal bundan 3 dəfə baha qiymətə – $1227 satılırdı.

Dövlət Statistika Komitəsinin 5 aylıq hesabatına görə, ölkədə 140,6 min ton qara metal əridilib və istehsal 23,3 faiz artıb. Bunun 87,4 min tonu tikinti armaturunun istehsalı üçün istifadə olunub. Armatur istehsalına tələbat tikintinin geriləməsi nəticəsində 30 fazi azalıb. Türkmənistana polad boru ixracı sayəsində istehsal (27,4 min ton) 2,12 dəfə artıb.