XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 12:16

Statistika Komitəsi:“Dəniz nəqliyyatı ilə sərnişin daşınması 2 dəfə artıb”

gemi

2016-ci ilin yanvar-may aylarında dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə artaraq 6,6 min nəfər olub.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu nəqliyyat növü ilə daşınmış yüklərin həcmi 2156,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz azalıb. Yüklərin 43,6 faizini neft məhsulları təşkil edib.

Həmin dövr ərzində dəniz limanlarında 3668,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 93,1 faizini tranzit mallar təşkil edib. 2016-ci il mayın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 36,6 min ton idxal yükləri olub.