XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 13:13

“Nyu York Tayms”:“Brexit iqtisadi fəlakətin başlanğıcıdır”

brexit-1

“Funt-sterlinq dollara qarşı artıq 9 faiz ucuzlaşıb ki, Britaniyanın aktivləri də bununla dəyər itirib. Səhm bazarına ziyan dəyib. Əksər britaniyalıların əsas sərvəti olan daşınmaz əmlakın da qiyməti düşəcək. İngiltərə Bankının (Bank of England) başçısı Mark Karney maliyyə sistemini qorumaqdan ötrü 250 milyard funt-sterlinq (345 milyard dollar) boyun olsa da, lazım olarsa, daha artığını verə biləcəyini desə də, aparıcı bankirlər davamlı iqtisadi şok qarşısında çətin duruş gətirsinlər”. 

“Nyu York Tayms” qəzeti bunu “Brexit”in  iqtisadi təsirlərini şərh edərkən deyib.

Qəzet ölkədə biznesin üzləşdiyi qeyri-müəyyənliyə diqqət çəkir. Siyasi və hüquqi sabitliyi ilə tanınmış ölkə xaosa sürüklənməkdədir. Devid Kemeronu baş nazir postunda əvəzləməyə əsas namizəd Boris Conson özünü bazar və qlobalizasiya tərəfdarı kimi göstərsə də, səsvermədən öncə deyib ki, Avropa Birliyində miqrasiyaya, Çin poladına tariflərə və yüksək ictimai xərcləmələrə məhdudiyyətlər tərəfdarıdır. Bununla da Britaniyanın Avropa Birliyi və digər ölkələrdə ticarətinin gələcək şərtləri qeyri-müəyyəndir. Maliyyədən tutmuş, ətraf mühitin mühafizəsinədək hər şeylə bağlı yerli qaydalar dəyişə bilər.

Qəzet yazır ki, belə qeyri-müəyyənliklə üzləşən biznes investisiyaları ertələyəcək. İstehlakçılar xərcləri azaldacaqlar. Nəticədə büdcə defisiti şişəcək. Əslində, funtun dəyərsizləşməsi ixracı gücləndirə bilər, ancaq çətin ki, zərbəni önləyə bilsin. 2008-ci ildə funt-sterlinqin böyük düşüşü ixracı gücləndirə bilmədi, indi isə «Brexit» onu çökdürəcək. Bu durum qısa sürməyəcək. Avropa Birliyindən çıxmaq kimi formal proses iki il çəkə bilər.