XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 16:31

Devalvasiya Bakı Fond Birjasınıxilas edib

 

birja

 

Bakı Fond Birjasının əməliyyat ziyanı 2015-ci ildə 7 dəfə və 800 min manat artıb. Bunu birjanın maliyyə hesabatı sübut edir.

Ötən il BFB-nin tarif gəlirləri 377 min manat olub. Bu, əvvəlki ildəkindən 60% azdır. Gəlirlərin azalmasının əsas səbəbi korporativ və dövlət QK bazarında əməliyyatların azalmasıdır. (Turan)

Banklardakı 2,5 mln manat vəsait hesabına 221,8 min manat gəlir əldə edilib. Ehtimal ki, bu vəsait xarici valyuta ilə saxlanılır, çünki manatın devalvasiyası sayəsində birja 636 min manat qazanıb. Nəticədə 2015-ci ildə BFB-nin mənfəəti 36,3 min manat – 2014-cü ildəkindən 33% az olub.

BFB 2000-ci ildə yaradılıb. Nizamnamə kapitalı 1 mln 260 min manatdır. Səhmlər 20 investor arasında bölünüb. Onların heç birinin payı 10%-dən çox deyil.

Bu il yanvarın 1-i üçün BFB-nin bankda 1 mln 874 min manat bölünməmiş payı var.