XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 12:58

Maliyyə Palatası bankları cəzalandırdı –Dollar satmadıqları üçün...

dollaravro

Maliyyə Bazarlarına Nəzarəti Palatası dollar satışını süni surətdə dayandıran və dollar qıtlığı yaradan banklara xəbərdarlıq edib.

Strateq.az Fins.az-a istinadən xəbər verir ki, iyunun 25-də Maliyyə Bazarlarına Nəzarət Palatası bankların dollar satışını dayandırması ilə bağlı monitorinq keçirib: "Nəticədə valyuta satışına süni şəkildə maneə yaradan banklar cəzalandırılıb. Bundan sonra bütün banklarda dollar satışı bərpa edilib. Bu gün banklarda dollar satışı bərpa olunub".

Bank mütəxəssisləri hesab edirlər ki, dollar satışının dayandırılması Mərkəzi Bankın qərarının açıqlanmaması ilə bağlıdır: “Britaniyada funtun dəyərdən düşməsi dolların möhkəmlənməsinə səbəb olub. Lakin bununla bağlı Mərkəzi Bank hələ də konkret açıqlama verməyib. Ona görə də banklar ehtiyatlı davranmağa məcbur olurlar”.

Bundan əlavə, banklarda devalvasiyanın sürətlənməsi ilə bağlı gözləntilər də var. Belə ki, ötən həftə Britaniya funt sterliqi 10% ucuzlaşıb.

Qarşıdakı günlərdə isə daha 5% ucuzlaşması gözlənilir. Bütün bu amillər banklarda dolların rəsmi məzənnədən artıq satımasına səbəb olub. Bu gün 1 dollar 1,59 manata dəyişdirilir.

Mütəxəssislər həftə ərzində Mərkəzi Bankın məzənnəni bir qədər də artıracağını pronozlaşdırırlar.