XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 15:09

Avropa İttifaq Azərbaycana 7,2 milyon avro ayırdı –Məqsəd

avropa birliyi

Avropa İttifaqı Kənd İnkişafını Dəstəkləmə Proqramı (RDSP) çərçivəsində kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb.

Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.

Layihə ərzaq təhlükəsizliyinin, qida məhsullarının təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin olunması vasitəsilə regionlarda kənd təsərrüfatının inkişafı üçün islahatların həyata keçirilməsini nəzərdə tutur.

Proqram çərçivəsində Aİ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və s. ilə əməkdaşlıq edəcək(Report).