XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 İyun 2016 - 15:17

“Gazprom” Avropa üçün təbii qazqiymətlərini açıqlayıb

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti bu il Avropada təbii qaz qiymətlərinin min kubmetr üçün 199 dollar səviyyəsində olacağını proqnozlaşdırır.

Azərtac xəbər verir ki, şirkətdən edilən şərhdə cari ildə Avropada təbii qaz qiymətlərinin min kubmetrə 199 dollar, neftin qiymətinin isə 50 dollar/barrel səviyyəsində proqnozlaşdırıldığı bildirilir.

Şərhdə ən bədbin proqnozlarda isə təbii qaz qiymətlərinin min kubmetrə 151 dollar, “qara qızıl”ın 35 dollar/barrel olacağı qeyd edilib.