XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 18:25

Azərbaycanda 10 minə yaxınvergi ödəyicisinin borcu var

Vergilər Nazirliyi bu ilin sonuna kimi vergi daxilolmaları ilə bağlı 2016-cı ilin proqnoz tapşırığına tam həcmdə əməl edəcək.

Bunu jurnalistlərə müsahibəsində vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Nazir müavini qeyd edib ki, bir neçə gündən sonra bu ilin 6 ayının nəticələri bəlli olacaq. Nazirlik cari ilin 6 ayı üzrə proqnoz tapşırığını tam yerinə yetirəcək.

İ.Vəliyev borclu vergi ödəyiciləri məsələsinə də toxunub. Onun sözlərinə görə, hazırda 10 minə yaxın vergi ödəyicisinin borcu var. Vergi borclarının məbləğinin ümumi vergi proqnozlarında payı isə təqribən 5 faizdir(azərtac).