XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 12:48

Neft Fondu 2015-ci ildə nə qədər qazanıb? –Fondun gəlirləri məlum oldu

neft fondu

2015-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin müxtəlif portfellərə investisiya edilməsindən ümumilikdə 425,4 milyon ABŞ dolları gəlir əldə olunub.

Bu barədə ARDNF-in 2015-ci ildəki fəaliyyəti və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatında məlumat verilir. Bildirilir ki, keçən il ARDNF-in vəsaitləri borc öhdəlikləri və pul bazarları alətləri, səhm, daşınmaz əmlak və qızıl portfellərində yerləşdirilib. Keçən il fondun investisiya portfelinin gəlirliliyi 1,24 faiz təşkil edib.

Bundan başqa, ötən il karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər – BP Eksploreyşn (Azərbaycan) tərəfindən müqavilə sahəsindən istifadə üçün ARDNF-ə ödənilən akrhesabı ödənişlərin ümumi məbləği 2,2 milyon manat və yaxud 2,1 milyon ABŞ dolları olub.