XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyul 2016 - 12:05

Banklar dolların satışını kəskin qaldırdı –İqtisadçıdan manatın gələcəyi ilə bağlı təhlükəli proqnoz

manat-dollar-1

Manatın xarici valyuta qarşısında ucuzlaşması prosesi davam edir. Artıq Bakıda ABŞ dollarının satış məzənnəsi 1,6 manatdan yuxarı qalxıb.

Strateq.az Fins.az-a istinadən xəbər verir ki, dolların məzənnəsi ilə bağlı sorğu aparılan 37 bankdan cəmi beşində dollar 1,6 manatdan ucuz satılır. Bəzi banklarda isə dolların satış qiyməti 1,6 manatdan da yüksəkdir.

Xatırladaq ki, bəzi analitiklər yay mövsümündə yerli məhsulların bazara çıxışıyla əlaqədar dollara tələbatın azalacağını və onun kursunda ucuzlaşma proqnozlaşdırırdı. Lakin proses əksinə cərəyan edir və daha çox istirahət mövsümü hesab edilən iyul və avqustda manatın dollar qarşısında daha çox dəyər itirəcəyi güman edilir. Çünki azərbaycanlıların bir çoxu bu mövsümdə istirahət üçün xarici ölkələrə üz tutur və bununla da ölkədən xarici valyuta axını sürətlənir. Turizm mövsümünün başlanmasıyla əlaqədar yayın orta ayları, payızda və ümumiyyətlə, ilin sonuna yaxın dolların daha da bahalaşacağı da verilən proqnozlar sırasındadır.

Iqtisadçı-ekspert Qadir Ibrahimli deyir ki, dolların bahalaşmasını, manatın isə ucuzlaşmasını şərtləndirən əsas amil idxalın həcmidir. Dollara tələbatı müəyyən edən idxalın ağır səviyyədə olduğunu deyən ekspert, onun yaxın vaxtlarda artacağının gözlənilib-gözlənilmədiyi sualına cavabı əsas hesab edir:

“Ilin əvvəllərində idxal kəskin şəkildə azalmışdısa və bununla bağlı dollara tələbat da aşağı düşübsə, ilin ikinci yarısında idxalda artım tempi müşahidə edilir. Belə bir şəraitdə dollar bahalaşır, manatsa dəyərini itirir. Yanvar ayında idxalın azalması hardasa 50 faiz idisə, hazırda bu göstərici 18 faizə enib. Bu isə dolların kursunun bahalaşacağını göstərir. Həmçinin, iyul-avqust ayında dollara əlavə bir tələbat yaranır. Xarici ölkələrə səyahətin kütləviləşməsi dollara əlavə tələbat yaradır. Ona görə də bu dönəmdə dolların bahalaşması və manatın ucuzlaşması davam edəcək”.