XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

01 İyul 2016 - 12:25

SOCAR 3 yerli banka 543 milyon manat depozit yerləşdirdi –SİYAHI

socaR-111585

31 dekabr 2015-ci il tarixinə SOCAR-ın ABŞ dolları ilə ifadə edilmiş bank qalıqlarına "Azərbaycan Beynəlxalq Bankı" ASC-də, "Xalq Bank" ASC-də və "Paşa Bank" ASC-də yerləşdirilmiş tələb edilənədək 3 depozit daxildir.

Bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

Hesabata əsasən, dövlət şirkəti Azərbaycan Beynəlxalq Bankında 461 mln. manat, "Xalq Bank"da 32 mln. manat və "Paşa Bank"da 50 mln. manat ekvivalentində depozit yerləşdirib.

Maraqlıdır ki, 2014-cü ildə SOCAR Azərbaycan Beynəlxalq Bankında 152 mln. manat, "Xalq Bank"da 31 mln. manat ekvivalentində depozit yerləşdirib. Qeyd edilən müddətdə SOCAR "Paşa Bank"da depozit yerləşdirməyib.

31 dekabr 2015-ci il tarixlərində başa çatan illər üzrə bu depozitlər üzrə faiz dərəcələri, müvafiq olaraq, "Reuters" tərəfindən dərc edilmiş ABŞ dolları ilə gündəlik LİBOR dərəcəsinin 70%-i, müvafiq olaraq, 3%-i və 6%-ə bərabərdir. Tələb edilənədək depozitin ilkin müddəti 3 aydan azdır. 

APA