SOCAR bu il Türkiyə və Koreya “Eximbank”larından müvafiq olaraq 92 milyon ABŞ dolları və 70 milyon avro məbləğində yeni kreditlər alıb.
Bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında deyilir. Bildirilir ki, yanvarın 22-də Koreya “Eximbank”ından 70 milyon avro, mart və may aylarında isə Türkiyə “Eximbank”ından müvafiq olaraq 30 milyon dollar və 62 milyon dollar məbləğində yeni kreditlər alınıb.