XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 06:01

Mərkəzi Bank kredit borcu olanlarla bağlı açıqlama yaydı

Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci ilin mayın 1-nə olan məlumatına görə, Azərbaycanda 2 milyon 414 min 122 nəfər kredit götürən şəxs (borc alan) var

Bu isə ümumi əhalinin 26%-ni təşkil edir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı son statistik məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, onların böyük bir hissəsi – 2 milyon 381 min 592 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək, istehlakçılardır. Bundan əlavə, 10 min 957 min nəfəri hüquqi şəxslər, 21 min 573 nəfəri isə sahibkarlıq subyektləridir.
Zamin şəxslərin sayı isə bir ayda (mart və aprel aylarının müqayisəsi) 6 min 344 nəfər artaraq, 1 milyon 115 min 820 nəfərə çatıb.
Onu da əlavə edək ki, 2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər, martın 1-nə 2 milyon 366 min 967 nəfər, aprelin 1-nə 2 milyon 389 min 292 nəfər, mayın 1-nə isə qeyd etdiyimiz kimi 2 milyon 414 min 122 nəfər olub.
Xatırladaq ki, AMB Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından xidmət göstərir(Pia.az).