XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 14:09

SOCAR 2015-ci ili 1,7 mlrd manat ziyanlabaşa vurub

socaR-111585

2015-ci ildə SOCAR-ın ziyanı 1 mlrd 785 mln manat olub. 2014-cü ildə şirkətin mənfəəti 1 mlrd 274 mln manat idi.

Bu barədə şirkətin 2015-ci il üzrə hesabatında bildirilir. (Turan)

2015-ci ildə  SOCAR-ın gəlirləri 33 mlrd 103 mln manat (azalma 16,6%) olub. 2015-ci ildə  şirkətin əməliyyat mənfəəti 1 mlrd 287 mln (azalma 28,5%) təşkil edib. Dövlət büdcəsinə mənfəət vergisi 201 mln manat (azalma 2,3 dəfə) olub.

SOCAR-ın aktivləri 66% artaraq 39 mlrd 954 mln manata çatıb. Uzunmüddətli aktivlər 2015-ci ildə 59,7% artaraq 25 mlrd 990 mln manat, qısamüddətli aktivlər 79,1% artaraq 13 mlrd 964 mln manat olub.

2015-ci ildə  SOCAR-ın kapitalı 32,5% artaraq 14 mlrd 648 mln manata çatıb. Şirkətin nizamnamə kapitalı 1 mlrd 423 mln manat (azalma 4,9%), bölünməmiş mənfəəti 6 mlrd 191 mln manatdır (azalma 25,8%).

2015-ci ildə şirkətin öhdəlikləri 1,9 dəfə artaraq 25 mlrd 306 mln manat olub. Uzunmüddətli öhdəliklər 15 mlrd 59 mln manat (artım 2,5 dəfə), cari öhdəliklər 10 mlrd 247 mln (artım 48,7%) manatdır.