“Alfa Sigorta” şirkəti və səhmləri «Texnikabank» ASC-yə məxsus “Texnika Capital Management”ə müvəqqəti inzibatçı təyin edilib.
Ləğvedici Azərbaycan Əmanətlərin Sığortalanması Fondudur.
AƏSF-dən verilən məlumata görə, sentyabra kimi investor tapılmasa, bu strukturlar ləğv ediləcək. Fond özü onların aktivlərini idarə etmək istəmir.
Bu il fevralın 4-də «Texnikabank ASC müflis elan edilib. Fevralın 11-dən əmanətçilər kompensasiya üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmək hüququ əldə edib. O vaxtdan müvəkkil banklar vasitəsilə əmanətçilərə 118 mln 916 min manat ödənilib.